"Son 3-4 ayın təhlilləri göstərir ki, daşınmaz əmlak bazarında aktivlik son dərəcə azalıb".
Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.
Ekspert bazara müraciət edənlərin sayında azalma müşahidə olunduğunu vurğulayıb:
"Hesab edirəm ki, bu vəziyyət yaxın bir ay müddətində dəyişməyəcək. Bundan sonrakı prosesləri indidən geniş şəkildə təhlil eləmək mümkün deyil".
Ramil Osmanlı bildirib ki, bahalaşma fonunda əmlak bazarı daha çox passiv formata keçir:
"Burada əməliyyatların, bazara müraciət edənlərin sayı günü-gündən azalır. Təbii, burada psixoloji faktorlar mövcuddur. Məsələn, qiymətlərin bahalaşması fonunda bir sıra istiqamətlərdə müəyyən informasiyalar var. Xüsusi ilə də milli manat üzərindəki neqativ basqılarla bağlı. Yəni, bəzi istiqamətlərdə belə hesab olunur ki, manat ucuzlaşacaq, dəyərdən düşəcək. Buna görə də psixoloji faktor bazara müraciət edənlərin sayına kəskin təsir göstərir".
Bahar Rüstəmli