
Şəmkirdə güclü qasırğa bir sıra fəsadlar törədib.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon ərazisində bir sıra tikililərin dam örtüyünü dağıdan külək Bakı-Qazax magistral yolunda iri gövdəli ağacları yolun hərəkət hissəsinə aşırıb, avtomobillərin hərəkətində çətinlik yaranıb.
Aidiyyatı qurumlar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər görür.
Qaynarinfo.az