"Təklif edirəm, 2021-ci il Qarabağ ili olsun, Böyük Qayıdışın şanlı davamı kimi tarixə keçsin”
Qaynarinfo xəbər verir ki, bunu "Davam” Ümumrespublika Gənclər Hərəkatının sədri Nihad Allahyarlı özünün facebook hesabında yazıb.
Gənc lider bildirib ki, Qarabağın azadlığı uğrunda şəhid olan hər bir hərbiçi ailəsinə Qarabağımızdan pay torpaqları verilsin: "Qarabağ Fondu yaransın, xalqımız o işğal altında olan torpaqlarımızın azad eliməsi uğrunda canından keçən şəhidlərin ailə-məişət problemlərindən, Qarabağda sosial rifah halının yüksəldilməsinə qədər çox spektrli fəaliyyətlə məşğul olacaq bu fonda iyanələr etsin.
Qarabağ Prosesi adlı beynəlxalq diskusiya və sülh platforması yaransın. Suşa İqtisadi Forumu təsis edək, regional və qlobal iqtisadı oyunçuların iştirak etdiyi, bölgəyə investisiya və yatırımların cəlb edilməsini özündə etiva edən bir forum, platforma olsun”.