Xəbər lenti

Davos forumu bu tarixədək təxirə salındı
Siyasət15:47 26.08.2020

Davos forumu bu tarixədək təxirə salındı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gələn ilin yanvar ayında keçirilməsi planlaşdırılan Davos İqtisadi Forumu təxirə salınıb.
Qaynarinfo xəbər verir ki, Dünya İqtisadi Forumu COVID-19 pandemiyasından ehtiyatlanaraq İsveçrənin Davos şəhərində keçiriləcək illik toplantısını təxirə salmağı qərara alıb.
Təşkilatçılar bildirib ki, 2021-ci ilin yanvar ayına planlaşdırılan Forum gələn ilin yayın əvvəlinə təyin edilib.
"Bu qərarı vermək asan olmadı, çünki qlobal liderlərin ortaq bərpa planını hazırlamağa və pandemiyadan sonrakı dövrlə bağlı müzakirələr üçün bir araya gəlməsi çox aktualdır. Bununla belə, mütəxəssislərin tövsiyəsi budur ki, yanvar ayında biz bunu təhlükəsiz şəkildə edə bilməyəcəyik", Forumun ictimai məsələlər üzrə direktoru Adrian Monk deyib.