Xəbər lenti

DB, ÜTT və BVF Rusiyaya qarşı sanksiyaları yumşaltmağa çağırdı – Ərzaq böhranı
Dünya 14:42 16.07.2022

DB, ÜTT və BVF Rusiyaya qarşı sanksiyaları yumşaltmağa çağırdı – Ərzaq böhranı

Dünya Bankı, Ümumdünya Ticarət Təşkilatı (ÜTT) və BVF Rusiyaya qarşı sanksiyaları yumşaltmağa çağırır. Koronavirus pandemiyasının nəticələrindən, Rusiyanın Ukraynadakı xüsusi əməliyyatından və kollektiv Qərbin cavab sanksiyalarından narahat olan bu təşkilatların rəhbərləri bir gün əvvəl müvafiq bəyanatı imzalayıblar.

Bəyanata görə, sanksiyalar beynəlxalq təchizat zəncirlərini pozub, ərzaq, yanacaq və gübrə bazarlarının fəaliyyətinə mane olub.

Qaynarinfo xəbər verir ki, bu sənəd DB-nin saytında dərc olunub.

"2008-ci il böhranı bizə öyrətdi ki, qlobal ticarət məhdudiyyətlərinin tətbiqi birbaşa olaraq ərzaq qiymətlərinin artmasına gətirib çıxarır", - deyən bəyanat müəllifləri ərzaq ehtiyatlarının istifadəsinə məhdudiyyətlərin azaldılmasına və Ukraynanın Qara dəniz limanlarında blokada olan taxıl və gübrə tədarükü ilə bağlı diplomatik həllin tapılmasına çağırıblar.

Ukrayna və Qərb ölkələri Rusiyanı ixrac üçün nəzərdə tutulan Ukrayna taxılının ixracına mane olmaqda ittiham edirlər (Ukrayna prezidenti Vladimir Zelenskinin sözlərinə görə, limanlarda 25 milyon tona qədər kənd təsərrüfatı məhsulu bloklanıb).

Rusiya bu iddiaları rədd edir və Ukraynanın buğda yükü daşıyan gəmilərin yerləşdiyi limanları minaladığını və taxıl ixracını mümkünsüz etdiyini iddia edir.

Rusiya, Ukrayna, Türkiyə və BMT nümayəndə heyətlərinin bu yaxınlarda İstanbulda keçirilən görüşü qida mövzusuna həsr olunub və ondan sonra ümidverici şərhlər verilib. Bu məsələ ilə bağlı danışıqlar gələn həftə davam etdirilməlidir.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->