Xəbər lenti

İdman 14:13 11.03.2023

DÇ-2024-də əsas mərhələnin pley-off oyunlarının püşkü atıldı

Futzal üzrə əsas mərhələnin pley-off oyunlarının püşkü atılıb.
 
Qaynarinfo-nun məlumatına görə, pley-off-da çıxış edən 8 komandadan 4-ü elit-raunda vəsiqə qazanacaq. Bu mərhələnin oyunları ev-səfər prinsipi ilə gələn ay - aprelin 10-dan 19-dək keçiriləcək.

Belçika – Macarıstan
Niderland – Moldova
İsveç – Almaniya
Çexiya – Litva

Elit-raundda 20 komanda 5 qrupda mübarizə aparacaq. Qrup qalibləri final mərhələsinə birbaşa vəsiqə qazanacaq. 4 ən yaxşı göstəriciyə malik "ikinci” pley-off oyunlarında iştirak edəcək. Qalib gələcək 2 yığma də həlledici mərhələdə iştirak edəcək. Əgər dünya çempionatına UEFA üzvü ölkələrdən biri evsahibliyi edərsə, o zaman 4 yox, 2 ən yaxşı göstəriciyə malik qrup ikincisi pley-off oyunlarında iştirak edəcək və bir komanda digər məhrələyə yüksələcək.

Azərbaycan millisi əsas mərhələdə keçirdiyi 4 oyunda 9 xal toplayaraq elit-raunda birbaşa vəsiqə qazanıb. Bu mərhələnin püşkü iyulun 5-də keçiriləcək. Qrup oyunları isə cari il dekabrın 20-dək yekunlaşacaq.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->