Xəbər lenti

DÇ-2026: İngiltərə xal itirdi, Xorvatiya və Kolumbiya qələbə qazandı
İdman 09:06 24.06.2026

DÇ-2026: İngiltərə xal itirdi, Xorvatiya və Kolumbiya qələbə qazandı

Futbol üzrə dünya çempionatında İngiltərə Qana ilə qarşılaşıb.

Qaynarinfo-nun məlumatına görə, Boston stadionunda keçirilən L qrupunun II turunun matçında hesab açılmayıb - 0:0.

İlk turda Xorvatiyaya 4:2 hesabı ilə qalib gələn avropalılar xallarını 4-ə çatdırıblar. Birinci matçlarında Panama seçməsini məğlub edən (1:0) Qana yığması da eyni xala malikdir.
 
Xorvatiya Panama millisinə qalib gəlib. Toronto stadionunda keçirilən L qrupunun II turunun matçında avropalılar 1:0 hesablı qələbəyə seviniblər.

Yeganə qolun müəllifi 54-cü dəqiqədə Ante Budimir olub.

Bu məğlubiyyətdən sonra Panamanın qrupdan çıxmayacağı dəqiqləşib.
 
Kolumbiya isə Konqo Demokratik Respublikası millisinə qalib gəlib. Qvadalxara stadionunda baş tutan K qrupunun II turunun matçında Cənubi Amerika təmsilçisi 1:0 hesablı qələbəyə sevinib.

76-cı dəqiqədə Daniel Munyos diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, qrupun digər oyununda Portuqaliya Özbəkistanı 5:0 hesabı ilə məğlub edib. Ardıcıl ikinci görüşdə qələbə qazanan Kolumbiya 6 xalla K qrupunda liderdir.
--> -->