Xəbər lenti

DDLA havaya görə gəmilərə xəbərdarlıq etdi
Ekonomiks 17:32 12.01.2024

DDLA havaya görə gəmilərə xəbərdarlıq etdi

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi fırtınalı  hava şəraiti ilə bağlı Azərbaycanın ərazi sularında üzən gəmilərə xəbərdarlıq edib. 

Yanvarın 13-ü səhər saatlarından Xəzər Dəniz Akvatoriyasında müşahidə olunacaq şimal-qərb küləyi yanvarın 14-ü səhərədək davam edəcək. 

Küləyin sürəti 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyü: 3.0-4.0 m, sonrakı inkişafda 4.5-6.5 m çatacağı proqnozlaşdırılır.

Bu hidrometeoroloji hadisə haqqında məlumat Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinə daxil olan kimi mütəxəssislərimiz tərəfindən təhlil olunub və  gəmi sahibləri, liman kapitanları, liman nəzarət müfəttişləri məlumatlandırılıb. 

Həmçinin, neft-qaz platformalarına aid olan qurumlara, lövbərdə dayanan və hərəkətdə olan gəmilərə də məlumatlar ötürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->