Xəbər lenti

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş (FOTO)
Ölkə11:25 06.02.2025

Dəhşətli qəzada ölənlərdən biri qazi imiş (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, fevralın 4-ü gecə saat 00 radələrində Xəzər rayonu Qala-Zirə yolunda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Qaynarinfo-nun Qafqazinfo-ya istinadən məlumatına görə, qəzada həyatını itirən şəxslərdən biri – 39 yaşlı Rövşən Emin oğlu Hüseynov Vətən müharibəsi qazisi imiş. 2020-ci ilin oktyabrın 13-ü döyüşdə ağır yaralanan Rövşən 3-cü qrup əlilliklə ordudan təxris edilib.
Onun 2 azyaşlı övladı yadigar qalıb.
Qeyd edək ki, hadisə vaxtı Samir Paşayevin idarə etdiyi "Saipa” markalı avtomobillə 22 yaşlı Nazim Musayevin sükanı arxasında olduğu "Toyota Prius” markalı maşın toqquşub. Nəticədə "Saipa”da olan sərnişinlər - Polad Salmanov, Rövşən Hüseynov və "Toyota Prius”un sərnişini Nizami Soltanov hadisə yerində ölüb.
"Toyota Prius”un sürücüsü isə hadisə yerindən qaçıb.
Faktla bağlı cinayət işi başlanılıb.