Xəbər lenti

“Dələduzun ən yekəsi Elşad Abdullayevdi”
Ölkə09:48 14.05.2013

“Dələduzun ən yekəsi Elşad Abdullayevdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq millət vəkili Gülər Əhmədovanın barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması barədə məhkəmə qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. 

Hakim Əmir Bayramovun sədrliyilə keçirilən prosesdə Gülər Əhmədovanın apellyasiya şikayəti təmin olunmayıb. 

Qaynar.info xəbər verir ki, Gülər Əhmədovanın nümayəndəsi Zülfiyyə Bayramova anspress-ə açıqlamasında Əhmədovanın hakimin bu qərarını etirazla qarşıladığını söylədi: "Əlbətdə ki, Gülər xanım bu qərarla raşılaşa bilməz və o, üzünü hakimə tutaraq "Dələduzun ən yekəsi Elşad Abdullayevdi. O, da qaçıb oturub Fransada. Onun yerinə məni, günahsız adamı həbs edirsiz?" deyərək öz etirazını bildirdi."