Xəbər lenti

Dəmir yollarından istifadə edənlərin nəzərinə: Bəzi reyslər ləğv edildi
Ölkə15:23 09.08.2023

Dəmir yollarından istifadə edənlərin nəzərinə: Bəzi reyslər ləğv edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Pirşağı-Sumqayıt dəmir yolu marşrutu üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilir.
Bu barədə  "Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Məlumata görə, dəmiryolu infrastrukturunun kontakt şəbəkəsində cari təmir işlərinin aparılması üçün hər gün günorta saatlarında texniki fasilənin götürülməsi məqsədilə avqustun 14-dən etibarən Bakıdan 13:30-da yola düşən qatar, Sumqayıtdan isə 14:30-da yola düşən qatar reysi ləğv edilir.