Xəbər lenti

“Dəmir yumruq” yenidən gündəmdə: Əməliyyatlar lokal, yoxsa genişmiqyaslı olacaq?
Siyasət08:02 24.04.2023

“Dəmir yumruq” yenidən gündəmdə: Əməliyyatlar lokal, yoxsa genişmiqyaslı olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Dəmir yumruq” yenidən gündəmdədir. Bu məsələ gündəlikdə duran əsas məsələlərdən biridir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli son günlər erməni təxribatlarının intensivləşməsi fonunda "Dəmir yumruğ”un yenidən işə düşə biləcəyinə işarə vurarkən deyib. 
Politoloq bildirib ki, Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qurulduqdan sonra əsas diqqət həmin məsələ ətrafında cərəyan edəcək hadisələrə yönələcək:
"Çünki Azərbaycanın bu addımını gözləməyən ermənilər hibrid müharibə taktikasından maksimum yararlanmağa çalışacaq. Ona görə də ayıq-sayıq olmalı, Qarabağ üzərində suverenliyimizi daha da möhkəmlənidrmək üçün növbəti addımları atmalıyıq. Burada söhbət Ağdərə, Xankəndi əməliyyatlarından və bütövlükdə Qarabağın ermənilər yaşayan hissəsi, həmçinin "sülhməramlılar"ın olduğu ərazilərdə Azərbaycanın suverenliyinin tam bərpa edilməsi prosesindən gedir. 
Nəzarət-buraxılış məntəqəsinin qurulması daha ciddi əməliyyatlara siqnal olmaqla yanaşı, ermənilərin hər hansı bir təxribatının qarşısının alınmasını da nəzərdə tutur. Ermənilər son çırpıntılarını edir. Azərbaycan onlara layiqli cavab verməlidir. Bu cavabın mütləq şəkildə anti-terror adı altında olmasına ehtiyac yoxdur. Amma müxtəlif bölgələrdə təxribat törədənlərin yerləri və dislokasiyasını müəyyənləşdirilməklə, onlara zərbələr endirilməlidir. Düşmənin ehtimal edilən nöqtələri ətrafında həlqə daralır. Qalır lokal xarakterli hərbi əməliyyatlar. Onu da şanlı Azərbaycan Ordusu həyata keçirəcək”.
Hərbi ekspert Üzeyir Cəfərov isə bildirib ki, lokal xarakterli xüsusi əməliyyatlara ehtiyac var: 
"Laçın-Xankəndi yolunda nəzarət-buraxılış məntəqəsi qoyulduqdan sonra Azərbaycan  daxildə bəzi işləri həyata keçirməli, pasport rejimi tətbiq olunmalıdır. Əraziyə aydiyyatı olan şəxslər qala bilər, aidiyyatı olmayanlar isə Azərbaycan ərazisində cinayət törətməyiblərsə, çıxarılmalıdırlar. Azərbaycan qəti və sərt adımlar atmalıdır. Çünki ermənilər bölgəni minalar, erməni yaraqlıları və İrandan gətirilən bəzi təlimçilərlə kifayət qədər zibilləyiblər”.  
Qeyd edək ki, son günlər erməni təxribatları yenidən genişlənir. Aprelin 22-də Azərbaycan Ordusuna məxsus hərbi yük maşını ermənilərin qurduğu minaya düşərək partlayıb. Nəticədə 3 hərbçimiz yaralanıb. 
Rüfət Sultan