Xəbər lenti

Dəniz 5 uşağın canını aldı - Bakıda dəhşət
Ölkə06:33 07.08.2014

Dəniz 5 uşağın canını aldı - Bakıda dəhşət

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı çimərliklərindən birində dəhşətli hadisə yaşanıb - iki ailənin 5 uşağı eyni vaxta dənizdə boğulub.

Qaynar.info  aznews.az-a istinadla xəbər verir ki, dünən saat 20:00 radələrində Xəzər rayonu Şimal DRESS qəsəbə sakinləri 14 yaşlı Aydan Fərziyeva, qardaşı 13 yaşlı Hüseyn Fərziyev, 10 yaşlı Kamalə Əliyeva, qardaşları - 9 yaşlı İlgün Əliyev, Fariz Əliyev Şüvəlan çimərliyində dənizdə çimərkən boğulublar. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Nazirliyin dalğıc-xilasediciləri tərəfindən Aydan Fərziyeva, Kamalə Əliyevanın meyiti sudan çıxarılıb. Digərlərinin meyitlərinin axtarışı istiqamətində tədbirlər görülür.

Qaynar.info