Xəbər lenti

Dənizdə batan 3 nəfərin meyiti tapıldı
Ölkə15:10 25.07.2019

Dənizdə batan 3 nəfərin meyiti tapıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Neftçalada dənizdə batan 3 gəncin meyiti tapılıb.
Oxu.Az-ın bölgə müxbirinin məlumatına görə, bu gün axşam saatlarında Aşağı-Mil-Muğan kollektorunun dənizə töküldüyü yerdə batan gənclərin axtarışı başa çatıb.
FHN-nin dalğıc-xilasediciləri tərəfindən rayonun Həsənabad qəsəbə sakinləri, 1990-ci il təvəllüdlü Babayev Fərid Namiq oğlu, 1993-cü il təvəllüdlü Alkişiyev Fariz Arif oğlu və 1992-cü il təvəllüdlü Nəcəfov Şəhriyar Telman oğlunun meyitləri batdığı yerdən 200 metr aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.