Siyasət 16:19 05.12.2023

Deputat həmkarına etiraz etdi: "Buna ehtiyac yoxdur"

"Ad dəyişikliyinə ehtiyac görmürəm".

Bunu Qaynarinfo-ya açıqlamasında Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa həmkarı Qüdrət Həsənquliyevin Milli Məclisin adının dəyişdirilərək, Ali Məclis adlandırılması təklifinə münasibət bildirərkən deyib.

Deputat qeyd edub ki, Milli Məclis əlsində elə Ali Məclis mənasını ehtiva edir:

"Ona görə də ad dəyişikliyinə ehtiyac görmürəm. Bu əlavə xərclərə gətirib çıxarar və əsaslandırılması mümkün olmayan məsələdir. Milli Məclis olaraq Müstəqillik haqqında və başqa sənədlərdə də qəbul olunubsa, onun Ali Sovetin Ali Məclisi formasında təkrar olunmasının bir izahı qalmır. Mövcud formada qalması daha düzgündür".

Qeyd edək ki, Milli Məclsinin bu gün baş tutan iclasında deputat Qüdrət Həsənquliyev Milli Məclisin adının dəyişdirilməsinə ehtiyac olduğunu söyləyib. Onun fikrincə, Milli Məclis Ali Məclis adlandırılmalıdır.

Rüfət Sultan