Xəbər lenti

Deputat:
Siyasət 12:32 02.02.2026

Deputat: "Naxçıvanın statusu ilə bağlı qərarı əhali verəcək"

"Naxçıvan 3 dövlətlə sərhəddədir və baş verənlər Naxçıvana da təsirsiz ötüşmür. Bu baxımdan bu gün burda Naxçıvanın statusu və digər məsələləri yox, Naxçıvanın müdafiəsi, gələcəkdə baş verəcək hadisələrdə hansı addımların atılmasını müzakirə etməliyik".

Qaynarinfo xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib. 

Deputat qeyd edib ki, Naxçıvanın statusu ilə bağlı qərar Azərbaycan əhalisinin verəcəyi rəydən asılı olacaq:

"Ona görə də hər dəfə bu məsələni ortaya atmağa ehtiyac yoxdur. Bu gün dövlət başçısı Naxçıvanla bağlı qərarlar verir, orada səlahiyyətli nümayəndəlikdə də dəyişiklik baş verib. Bir çox layihələr artıq reallaşmağa başlayıb, bundan sui-istifadə edənlər var".
 
Qafqaz Rafiqoğlu

--> -->