
"Bunun qarşısı alınmalıdır”
“Buna çox təəssüfləndim. Bəzi hallarda əsgərlərin əsl səbəbləri bilinmədən dünyalarını dəyişmələri xoşagələn hal deyil”. Bunu Qaynar.info-ya Milli Məclisin deputatı Fəzail Ağamalı bu gün hərbi hissədə baş verən əsgər ölümünə münasibət bildirərkən deyib.
Millət vəkili qeyd edib ki, orduda baş verən belə xoşagəlməz hadisələrə xüsusi diqqət çəkməyin zamanıdır: “Hər halda Müdafiə Nazirliyi baş vermiş hadisə ilə bağlı nəticə çıxarmalı, bu cür halların baş verməsinin qarşısını almalıdır”.
F.Ağamalı nazir Müdafiə Naziri Səfər Əbiyevin istefasını tələb edənlərə də cavab verib: “Bu cür populist, qeyri-ciddi fikirlərdən uzaq olmaq lazımdır. Aksiya təşkil edən bəzi dağıdıcı qüvvələr yaranmış situasiyadan istifadə etməyə çalışırlar. Bunun qarşısı alınmalıdır”.
Qeyd edək ki, bu gecə saat 1:40 radələrində Şəmkir hərbi birləşməsinin N saylı hərbi hissəsinin əsgəri Əliyev Elman Telman oğlu yüksək dağlıq şəraitində döyüş növbəsi çəkərkən qəflətən dünyasını dəyişib.
İlkin
Qaynar.İnfo