Braziliyada millət vəkili porno izləyərkən görüntülənib. “Qafqazinfo” "Daily Mail"ə istinadən xəbər verir ki, Joao Rodrigues adlı millət vəkilinin bu addımı ölkədə qalmaqala səbəb olub.
Sosial Demokrat Partiyasının millət vəkili olan Rodrigues əyləşdiyi masanın altında izlədiyi videonu həmkarlarına da göstərib.
Parlamentdə seçki islahatı haqqında müzakirələr edildiyi sırada meydana gələn hadisə barədə deputat açıqlama verib. O, pornonun WhatsAppda bir qrup müzakirəsində göndərildiyini söyləyib. Millət vəkili videonu silərkən görüntüləndiyini qeyd edib.
Qaynar.info




