
"Hamınız vurun, yamanlayın, təhqir edin, nə dəyişəcək ki?".
Qaynar.info-nun məlumatına görə, bunu Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə Milli Şura təmsilçiləri arasında yaranmış gərginliyə münasibət bildirərkən deyib.
Deputat bu məsələdə baş redaktoru müdafiə edib: "Rauf Arifoglu Cənubi Qafqazın ən böyük media qurluşunun rəhbəridir, demokratikləşməyə ən çox dəstək verən qəzetin sahibidir. Səhifəsində illərlə sizləri müdafiə edib, qəhrəmana çevirib çoxunuzu, ictimaiyyətə tanıdıb. İndi onun gördüyü və dediyi gerçəkləri siz bir neçə ay sonra öz sözünüz kimi deyəcəksiz. Suçu bumu-sizlərdən daha doğru və yaxşı təhlil edir və proqnoz verir? Ağıllı adamları təhqir etməyə qalxmayın, yanında ola bilmirsinizsə, heç olmasa qarşısına keçməyin. Rauf bəy demokratikləşmənin, mübarizənin, gerçəklərin yanındadır - qəzetilə, mübarizəsi və yolu ilə".
Qaynar.info