Xəbər lenti

Deputat seçilmək üçün yaş həddi 18-ə endirilə bilər
Ölkə16:09 18.07.2016

Deputat seçilmək üçün yaş həddi 18-ə endirilə bilər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda parlament seçkilərində iştirak üçün yaş həddi 18-ə endirilə bilər.

Bu barədə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktı layihəsinin Konstitusiya Məhkəməsinə göndərilməsi barədə imzaladığı sərəncamda qeyd edilib.

Sənədə əsasən, Azərbaycan Konstitusiyasının 85-ci maddəsinin I hissəsində “yaşı 25-dən aşağı olmayan” sözlərinin “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəz edilməsi nəzərdə tutulur.(report)

Qaynarinfo.Az