Xəbər lenti

Deputat:
Siyasət 12:29 03.02.2025

Deputat: "Suriya bizim üçün mənəvi Vətəndir"

"Düşünürəm ki, Azərbaycanın prioritetlərindən biri şərqdə xarici siyasətlə bağlı yeni ideyaların müəyyənləşməsi idi. Azərbaycan Prezidenti qeyd etdi ki, biz qardaş Türkiyə ilə birlikdə Suriyanın bərpası məsələsində yaxından iştirak etməliyik".

Qaynarinfo xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deputat Hikmət Babaoğlu deyib.

O bildirib ki, Azərbaycanın maarif və ictimai institutları bu məsələyə xüsusi fokuslanmalıdırlar:

"Çünki Suriya bizim üçün uzaq coğrafiya deyil. Əgər 14-cü əsrdə Nəsimi Hələbə gedirdisə, deməli Nəsimini Hələbə aparan səbəb Hələbin Azərbaycanın etnomədəni, din coğrafiyasının davamı olması idi. Bu gün də Nəsiminin məzarı hələ də Hələbdədirsə, deməli onun məzarının olduğu yer bizim üçün mənəvi Vətəndir. Ona görə də düşünrəm ki, Suriya və Yaxın Şərqlə Azərbaycan münasibətlərinin yeni perspektivləri yaranıb".

Qafqaz Rafiqoğlu


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->