Xəbər lenti

Deputat Təhsil Nazirliyini tənqid etdi
Siyasət07:30 24.05.2013

Deputat Təhsil Nazirliyini tənqid etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qüdrət Həsənquliyev: “Sabiq millət vəkillərinə təqaüd verilməlidir”

İqbal Ağazadə: "Sovet imperiyası bərpa olunur"

Bu gün Milli Məclisin plenar iclası öz işinə başlayıb. Gündəliyə 9 məsələ daxil edilib. Qaynar.info-nun məlumatına görə, iclasda çıxış edən deputat Qüdrət Həsənquliyev 28 May Respublika Günü ilə əlaqədar Azərbaycan xalqını təbrik edib. Daha sonra o, bir neçə gün öncə edilən xarici səfərlərdən danışıb: “Şeyxin rəhbərliyi ilə parlamentin deputatları İrana, həmçinin mənim də iştirakımla nazir Natiq Əliyev Sloveniyaya səfər edib. Bu səfərlərdə deputatların əməyini yüksək qiymətləndirmək lazımdır”.

Deputat çıxışında maraqlı təkliflə çıxıç edib: “Sabiq millət vəkillərinin də təqaüd almasına şərait yaradılmalıdır. Başqa sahənin insanları bunu təqaüddən yararlanır, amma bu insanlar imtiyazdan kənarda qalırlar. Bu məsələni də gündəmə gətirib həll etmək lazımdır”.

Sonra çıxış edən İqbal Ağazadə Təhsil Nazirliyini sərt tənqid edib. O deyib ki, Təhsil Nazirliyi yeni prioritet universitetlər elan edib: “Burada Amerika universitetlərinin 3, Rusiya, Belarusiya universitetləri 50-ə yaxın universitetləri önə çıxarılır. Bəlkə, SSRİ bərpa olunur, xəbərimiz yoxdur? Biz harada təhsil varsa, tələbələri ora yönləndirilməyik”. 

Millət vəkili parlamentdə Aslan İsmayılovun müdafiəsinə qalxıb: “Vəkillər Kollegiyası ləğv edilməlidir. Hansı vəkil iqtidarı tənqid edirsə, kollegiyadan uzaqlaşdırılır. Bu yanaşma çox yanlışdır. İndi də Aslan İsmayılova təzyiqlər edirlər”

İlkin

Qaynar.info