
Millət vəkili Qənirə Paşayeva Bakı meri Hacıbala Abutalıbovun jurnalistlərə qarşı son rəftarı və işlətdiyi ifadələrə münasibət bildirib.
Qaynar.info-nun məlumatına görə, buna çox mənfi münasibət göstərdiyini deyən parlamentari belə ifadələri nəinki Bakı merinə, heç kəsə yaraşdırmadığını bildirib: "Əgər gerçəkdən də Hacıbala müəllim belə bir ifadə işlədibsə, sizcə jurnalist kökənli bir millət vəkili olaraq buna necə münasibətim ola bilər? Təbii ki, mənfi. Çox təəssüf edirəm. Amma təkcə bir millət vəkili, bir jurnalist kimi deyil, həm də sadə bir vətəndaş kimi. Bu cür davranış və ifadələri nəinki Bakı merinə, heç kimə yaraşdırmıram. Ümid edirəm ki, Hacıbala müəllim də bu cür addımların cəmiyyətdə doğurduğu reaksiyanı da nəzərə alaraq bir daha bu kimi hallara yol verməyəcək".
Qaynar.info