Xəbər lenti

Deputatın oğlu Türkiyədə qəzaya düşdü
Ölkə07:52 13.05.2019

Deputatın oğlu Türkiyədə qəzaya düşdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin üzvü Dilarə Cəbrayılovanın oğlu Türkiyədə qəzaya düşüb.
Qaynarinfo ONA-ya istinadən xəbər verir ki, deputatın oğlu Fərid Cəbrayılov mayın 10-da velomoped sürərkən "lyuk"a düşüb. Hadisə nəticəsində onun diz qapağı 3 yerdən çatlayıb. 
Fərid Cəbrayılov artıq Bakıya gətirilib, xəstəxanalardan birində müalicə olunur.
Qeyd edək ki, D.Cəbrayılova 27 saylı Sabunçu II Seçki Dairəsindən Milli Məclisə deputat seçilib, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvüdür.