Xəbər lenti

Deputatlar namizədlərin təbliğatında iştirak edə bilərlərmi? -AÇIQLAMA
Siyasət08:40 18.09.2013

Deputatlar namizədlərin təbliğatında iştirak edə bilərlərmi? -AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vidadi Mirkamal: "Artistləri yığıblar ora axşama qədər özlərini təriflətdirirlər"

Prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start veriləndən sonra yerlərdə deputatların da fəallığı müşahidə olunur.

Belə ki, Milli Məclis üzvlərinin əksəriyyəti deputat seçildikləri dairələrdə hazırki prezident İlham Əliyevin təbliğatı ilə məşğul olurlar. Nəzərə alsaq ki, İlham Əliyevin namizədliyinin irəli sürüldüyü partiyanın, Yeni Azərbaycan Partiyasının (YAP) 71 nümayəndəsi parlamentə təmsil olunur, o  zaman digər namizədlərin bir addım geridə qaldığını görmək olar. Bəs, görəsən, millət vəkilinin hansısa namizədin təbliğatı ilə məşğul olmasına qanunvericilik icazə verirmi?

Milli Şuranın üzvü, Arbiter  hüquq kampaniyasının prezidenti Vidadi Mirkamal Qaynar.info-ya deyib ki, deputatların hansısa prezidentliyə namizədin təbliğatı ilə məşğul olması qanunvericiklikdə qadağan olunmayıb və ona görə hər hansı namizədin təbliğatı ilə məşğul ola bilərlər.

V.Mirkamal qeyd edib ki, Azərbaycanda prezident seçkilərində mübarizə qeyri-bərabər mühitdə aparılır: “Ölkə başçısı rayonlarda obyektlərin açılışını edir, pensiyaları artırır. Əslində, bunun özü seçki kampaniyasında təbliğatdır. Bu da seçki qanunvericiliyinə tamamilə ziddir. Beynəlxalq təşkilalatlar da görürlər ki, müxalifət qeyri-bərabər vəziyyətdə mübarizə aparır.

V.Mirkamal YAP funksionerlərinin “Qanunvericiliyə uyğun olaraq İlham Əliyevin debatlarda iştirak etməsi zəruri deyil” demələrinə də münasibət bildirib: “Yalan deyirlər. Onların əlində tutduğunu sübut edə bilirsənki?! Onların nəsə deməsindən asılı olmayaraq, bu, qeyri-bərabər mübarizədir. Bütün telekanallar, qəzetlərin 90%-i hakimiyyətin nəzarətindədir. Artistləri yığıblar ora axşama qədər özlərini təriflətdirirlər”

İlkin
Qaynar.info