Xəbər lenti

Deputatlığa namizədlərin ödənişli təşviqatı bu kanalda yayımlanacaq
Siyasət14:56 09.01.2020

Deputatlığa namizədlərin ödənişli təşviqatı bu kanalda yayımlanacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisə seçkilərdə deputatlığa namizədlərin ödənişli seçkiqabağı təşviqatına qoşulan KİV-lərin siyahısı açıqlanıb.
Qaynarinfo xəbər verir ki, siyahıda televiziya kanallarından yalnız İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) adı yer alıb.
Milli Məclisə seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır.
İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır.
Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir.
Qeyd edək ki, Milli Məclisə fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat kampaniyası yanvarın 17-də başlayacaq və fevralın 8-i saat 08:00-da başa çatacaq.