Xəbər lenti

Dərman şirkəti gömrük idarəsini məhkəməyə verdi
Ekonomiks 14:43 21.09.2022

Dərman şirkəti gömrük idarəsini məhkəməyə verdi

Bakı Baş Gömrük İdarəsi məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, qurum barəsində "Azerbaijan Pharma” MMC iddia qaldırıb. İş Bakı İnzibati Məhkəməsinin hakimi Günel Sevdimalıyevin icraatındadır. 

İşin mahiyyəti inzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən ibarətdir. 

Araşdırmalarımız zamanı bəlli olub ki, şirkət ötən il də Bakı Baş Gömrük İdarəsini məhkəməyə verib. 

"Azerbaijan Pharma” MMC dərman şirkətidir. MMC 23 dekabr 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN-dir. Şirkətin qanuni təmsilçisi Məmmədov Seymur Təyyar oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təçsilçisi barədə heç bir məlumat yoxdur. 

Seyid

--> -->