Xəbər lenti

Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü (VİDEO)
Maqazin12:36 30.07.2017

Dima Bilan Bakıda çıxış edərkən hovuza düşdü (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda keçirilən “Jara-2017” Beynəlxalq Musiqi Festivalının 3-cü günündə Dima Bilan tamaşaçıları təəccübləndirib.

"Qaynarinfo" virtualaz.org-a istinadən xəbər verir ki, Alla Puqaçovanın məşhur “Ne otrekayutsya lyubya” mahnısını ifa edən müğənni nömrənin sonunda hovuza düşüb. Sosial şəbəkələrdə tamaşaçılar Bilanın çıxışını “Jara-2017”nin ən yaxşı nömrəsi adlandırıblar.

Qeyd edək ki, festivalda 3-cü gün Alla Puqaçovaya həsr olunub. Konsertin birinci hissəsində Rusiya estradasının ulduzları onun mahnılarını ifa ediblər. İkinci hissədə isə Primadonna özü səhnəyə çıxıb.

Qaynarinfo.Az