Xəbər lenti

DİN Abşeronda baş vermiş partlayışla bağlı məlumat yaydı
Ölkə07:42 20.02.2018

DİN Abşeronda baş vermiş partlayışla bağlı məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
DİN Abşeronda çörəkbişirmə sexində partlayış barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, fevralın 19-da saat 9 radələrində Abşeron rayonunun Saray qəsəbəsində qəsəbə sakini Rasim Ağaliyevə məxsus ümumi sahəsi 70 kvm. olan çörəkbişirmə sexində təbii qazın sızmasından yanğına keçən partlayış baş verib.
Nəticədə qapı və pəncərə çərçivələri, habelə tavan və dam örtüyünün bir hissəsi dağılıb, eləcə də 50 kvm. sahədə yanar konstruksiyalar və oradakı əşyalar yanıb. Orada işləyən qəsəbə sakinləri Natiq Əmrahov, arvadı Elmira və qohumu Qızılgül Əmrahova yanıq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.