Xəbər lenti

DİN-də yeni təyinat
Ölkə05:31 26.04.2022

DİN-də yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətində yeni kadr təyinatı olub.
"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Zeyni Hüseynov həmin Xidmətin bölmə rəisi vəzifəsinə təyin edilib.
Qurumun Mətbuat Xidməti faktı təsdiqləyib.