Ölkə 16:06 24.02.2023

DİN-də yeni təyinat

Daxili işlər orqanlarında yeni təyinat olub.

APA xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Teymur Baxşəliyev Yevlax Rayon Polis Şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsinə təyin olunub.