Xəbər lenti

DİN-də yüksək vəzifəyə təyinat
Ölkə16:14 08.07.2022

DİN-də yüksək vəzifəyə təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili işlər orqanlarında kadr dəyişikliyi baş tutub.
Qaynarinfo xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinə yeni rəis təyin olunub.
Belə ki, polis polkovnik-leytenantı Mehdixanov Ramin Rəfayil oğlu Gəncə şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsindən azad olunaraq həmin idarənin rəisi vəzifəsinə təyin olunub.