Xəbər lenti

DİN-dən Aqşin Yeniseylə bağlı açıqlama
Ölkə15:30 17.07.2013

DİN-dən Aqşin Yeniseylə bağlı açıqlama

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

"Həyatı üçün təhlükəni real sayırsa, polis bölməsinə müraciət etsin"

Daxili İşlər Nazirliyi şair Aqşin Yeniseyin hədələnməsi xəbərinə münasibət bildirib.

 Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə APA-nın sorğusuna cavabında  bildirib ki, əgər hər hansı vətəndaş həyatı üçün təhlükə hiss edirsə və həmin təhlükəni real sayırsa, o zaman bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidmətinə, yaxud  aidiyyəti üzrə polis bölməsinə və ya idarəsinə müraciət edilməlidir: “Müraciət daxil olduqdan sonra məsələ araşdırıla və araşdırmanın nəticəsindən asılı olaraq müvafiq qaydada tədbir görülə bilər”.

 Qeyd edək ki, A. Yeniseyin bir neçə gün əvvəl Kütləvi  İnformasiya Vasitələrində “Şeytanın qapı qonşusu” adlı yazısı dərc olunub. Həmin yazı dərc edildikdən sonra gənc yazar sosial şəbəkələrdə bir qrup dindarın basqısına məruz qalıb. Aqşin Yeniseyin yazısına münasibət bildirən dindarlar onu ölümlə hədələyiblər.