
"Ləzgi məscidində heç bir əməliyyat keçirilməyib"
"Hər cümə günü məscidin qarşısında çoxlu sayda insan olur. Buna görə də, hər cümə günü o əraziyə əlavə polis naryadı yerləşdirilir".
Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan məsciddə əməliyyat keçirməsi ilə əlaqədar yayılan xəbərlərə Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərindən interpress.az-a verilən məlumata görə, ərazidə heç bir əməliyyat keçirilməyib.
Milli Təhlükəsizlik nazirliyinin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev İnterpress.az-a açılama verərək bildirdi ki, bu əməliyyatla bağlı heç bir məlumatları yoxdu. Bu barədə Daxili İşlər nazirliyi ilə əlaqə saxlamaq lazımdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mənsurzadə isə açıqlamasanda bildirdi ki, onlarda əməliyyatla bağlı rəsmi məlumat yoxdu. Orxan Mənsurzadənin sözlərinə görə, hər cümə günü məscidin qarşısında çoxlu sayda insan olur. Buna görə hər cümə o əraziyə əlavə polis yerləşdirilir. Əməliyyatın keçirilməsi ilə bağlı heç bir məlumatımız yoxdur.
Qaynar.info