Xəbər lenti

DİN-dən liftdə baş verən faciə barədə AÇIQLAMA
Ölkə10:42 14.12.2013

DİN-dən liftdə baş verən faciə barədə AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Usta liftdə təmir işləri apararkən divarla lift arasında qalaraq ölüb


Daxili İşlər Nazirliyi ötən gün Bakıda baş verən faciə barədə məlumat yayıb. ANS PRESS-in nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı Lift İdarəsində mexanik işləyən Ceyhun Hacıyev bədbəxt hadisənin qurbanı olub.

Belə ki, C.Hacıyev Suraxanı rayonu, E.Qasımov küçəsindəki 14 N-li evin liftində təmir işləri apararkən divarla lift arasında qalıb. Onun meyiti xilasediclər tərəfindən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.


Qaynar.info