Xəbər lenti

DİN parklanma ilə bağlı hərəkətə keçdi
Ekonomiks13:31 25.02.2022

DİN parklanma ilə bağlı hərəkətə keçdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin, parklanma xidmətinin təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin şöbə rəisi  polis mayoru Elşad Hacıyev Qaynarinfo-ya bildirib ki, dayanma-durma və parklanma qaydalarının tənzimlənməsi məqsədilə neqativ hallar polis əməkdaşları tərəfindən aradan qaldırılır. Hərəkətin intensiv olduğu küçə və prospektlərdə, piyada səkilərində qanunsuz parklanma ilə bağlı sistemli mübarizə aparılır.
Paytaxt ərazisində bu sahədə neqativ halların aradan qaldırılması – parklanma, tıxac və digər qanunsuz fəaliyyətlə bağlı işçi qrupları tərəfindən tədbirlər görülür. Bakı Şəhər İcra Hakimiyyəti tabeliyində yaradılacaq yeni publik hüquqi şəxs, başqa sözlə, ixtisaslı qurum tərəfindən fəaliyyət təşkil olunacaq.
Həmin qurumun səmərəli fəaliyyət göstərməsi üçün Daxili İşlər Nazirliyinin müvafiq stukturu ilə birgə işlər aparılmaqla, nəqliyyat sahəsində idarəetmə tam tənzimlənəcək.