Xəbər lenti

DİN: "Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb"
Ölkə06:55 30.04.2022

DİN: "Yeniyetmənin döyülməsini əks etdirən görüntülərlə bağlı araşdırmalara başlanılıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə yeniyetmə oğlanın döyülməsi ilə bağlı yayılan videogörüntülərə münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya bildirilib ki, nazirlik yayılan videogörüntülərlə bağlı məlumatlıdır.
Qeyd edilib ki, hadisə ilə bağlı araşdırmalara başlanılıb.
Xatırladaq ki, "TikTok” sosial şəbəkəsində bir neçə yeniyetmənin həmyaşıdları olan oğlanın qolunu arxadan bağlayaraq, döydükləri və təhqir etdikləri barədə videogörüntülər paylaşılıb.