""İslamşünaslıq" ixtisası sadəcə İlahiyyat İnstitutunda yaradılıb".
Bunu Qaynarinfo-ya açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov deyib. O, Azərbaycanın digər ali təhsil müəssisələrində belə bir ixtisasının yaradılmadığını bildirib:
"Sadəcə yeni yaradılan İlahiyyat İnstitutunda İslamşünaslıq ixtisasının yaradılması nəzərdə tutulduğu üçün Nazirlər Kabineti bu barədə qərar verib. Bunun digər ali məktəblərdə aidiyyatı yoxdur".
Qeyd edək ki, bir müddət öncə Azərbaycanın ali təhsil müəssisələrində "İslamşünaslıq" ixtisasının yaradıldığı ilə bağlı məlumat yayılmışdı.
Çingiz Səfərli