Dünya 14:49 01.07.2022

Diplomat qalmaqalı: Rusiya və Bolqarıstan müharibə astanasında

Rusiya Bolqarıstana cümə günü saat 12:00-a qədər vaxt verib ki, 70 diplomatın ölkədən çıxarılması qərarını ləğv etsin, əks halda bu ölkə ilə diplomatik əlaqələri kəsəcək.
 
Bu barədə Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir.

Çərşənbə axşamı Bolqarıstan rekord sayda - 70 rus diplomatı ölkədən çıxartmaq qərarını verib. Bolqarıstan milli televiziyasına müsahibəsində Rusiyanın Bolqarıstandakı səfiri Eleonora Mitrofanova bildirib ki, Moskva 114 rus diplomatını geri çağırsa, Rusiya səfirliyi və Rusiya konsulluqlarını tamamilə bağlaya bilər.
 
"Rusiya, qovulmuş 70 rus diplomatı ilə bağlı qalmaqala görə Bolqarıstanla diplomatik münasibətləri kəsməyi düşünür”, - deyə Rusiya səfiri deyib.
Səfir Bolqarıstanın hərəkətlərini "misli görünməmiş qalmaqal” adlandırıb.
 
Bolqarıstan Xarici İşlər Nazirliyi bildirib ki, Moskva diplomatik nota göndərərək tələb edib ki, Sofiya 70 diplomatı persona non qrata elan edən  qərarlnı geri götürsün.

"Alpha Research”in son sorğusuna əsasən, ölkənin NATO üzvü olmasına baxmayaraq, bolqarların ciddi geosiyasi tərəddüdləri var. Bolqarların yalnız 39%-i ölkənin yeni soyuq müharibədə Qərbin müttəfiqi olmasını istəyir, 23%-i isə Rusiya və Belarusla ittifaqı dəstəkləyir.

Nurlan Hüseynov