Xəbər lenti

Diqqət! Bu yolda hərəkət məhdudlaşdırıldı
Ölkə07:16 14.05.2018

Diqqət! Bu yolda hərəkət məhdudlaşdırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə, Lökbatan-Qobu-Hökməli avtomobil yolunda yeni üfüqi nişanlanma xətlərinin çəkilişi ilə əlaqədar olaraq 14 may 2018-ci il tarixində saat 11:00-dan etibarən hərəkət hissə-hissə məhdudlaşdırılacaq.
Bu barədə Qaynarinfo-ya "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən məlumat verilib.
Məhdudlaşma axşam saatlarınadək qüvvədə olacaq.
Sürücülərdən hərəkət istiqamətlərinə uyğun öncədən alternativ yollardan istifadə etmələri tövsiyə olunur.