Ekonomiks 17:50 09.12.2023

Dörd rayonda "Açıq mikrofon" aksiyası keçiriləcək

Növbəti həftə (11,12,14,15 dekabr tarixləri) 4 rayonda "Azəriqaz" İB-nin "Açıq mikrofon” aksiyası keçiriləcək. 

Qaynarinfo xəbər verir ki, aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Cəlilabad rayonu, Qarakazımlı kəndində (Şəhid Murad Muradov adına orta məktəbin qarşısı), 2-ci günü saat 12:00-dan 13:00-dək Masallı rayonu, Təzə Alvadı kəndində (1 saylı orta məktəbin akt zalı), 4-cü günü saat 11:00-dan 12:00-dək Yardımlı rayonu, Nisəqala kəndində (Ə.Y. Hacıyev adına orta məktəbin qarşısı), 5-ci günü isə saat 11:00-dan 12:00-dək Lerik rayonu, A. Əsədullayev küçəsi 22 ünvanında (Mədəniyyət Mərkəzi) baş tutacaq. 

Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq "Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.