Xəbər lenti

Dövlət başçısı: "Ermənistan azərbaycanlıların geriqayıtma hüququnu inkar edir"
Siyasət10:06 13.11.2023

Dövlət başçısı: "Ermənistan azərbaycanlıların geriqayıtma hüququnu inkar edir"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Azərbaycan hazırda birgəyaşayış və geriqayıtma hüququ ilə əlaqədar aydın və şəffaf proqramı təqdim etsə də, azərbaycanlıların Ermənistana geri qayıdışı ilə bağlı geriqayıtma hüququnu Ermənistan inkar edir və bununla əlaqədar olaraq hər-hansı bir baxış ortaya qoymayıb".
Qaynarinfo-nun xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 13-də ATƏT Parlament Assambleyasının prezidenti Pia Kaumanı qəbul edərkən deyib.
Görüşdə qeyd olunub ki, ATƏT Parlament Assambleyası Ermənistan və Azərbaycan nümayəndə heyətləri arasında etimadın qurulması baxımından səmərəli platforma ola bilər.