Xəbər lenti

Ekonomiks 11:33 15.03.2024

Dövlət borcunun məbləği açıqlandı

"2023 cü ildə həyata keçirilən tədbirlər nəticəsində makroiqtisadi sabitlik və maliyyə dayanıqlığı təmin edilib".

Qaynarinfo xəbər verir ki, bunu Baş nazir Əli Əsədov Milli Məclisdə Nazirlər Kabinetinin hesabatını təqdim edərkən deyib:

"2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 mlrd. ABŞ dolları artaraq 68,5 mlrd.dollar təşkil edib və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir".

 Baş nazir qeyd edib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 mlrd.ABŞ dolları olmuş və ÜDM-in 8,9%-ni təşkil edib.
 
Qafqaz Rafiqoğlu

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->