Dövlət Dəniz və Liman Agentliyi və "Zəfər Şəhid Ailələrinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin övladları üçün bayram tədbiri təşkil olunub.
Tədbir çərçivəsində balacalara sevinc bəxş etmək, onların bayramını daha unudulmaz etmək üçün əyləncəli oyunlar keçirilib.
Daha sonra dənizdə dalğalarla mübarizə aparan, ömrünün 33 ilini sevərək bu sahəyə həsr edən uzaq səfərlər kapitanı, Agentliyin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev onlara dəniz nəqliyyatı sahəsinin ən maraqlı məqamlarından danışıb.
Bayram tədbirində uşaqlar həvəskar kapitanlar üçün keçirilən yarışmada fəal iştirak etdiklərinə görə sertifikatlarla təltif olunublar.
Tədbir çərçivəsində Suraxanı Gəmi-Muzeyinə ekskursiya edən balacalar gəminin idarəetməsi və dənizçilərin həyatı ilə bağlı maraqlı məlumatlar əldə ediblər.
Həmçinin həvəskar kapitanlara özündə dənizçilik sahəsini səciyyələndirən müxtəlif hədiyyələr təqdim olunub.
Şərhlər