Xəbər lenti

Dövlət Departamenti: ABŞ Azərbaycan ilə Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayır
Siyasət19:55 13.12.2023

Dövlət Departamenti: ABŞ Azərbaycan ilə Ermənistan arasında əsirlərin dəyişdirilməsini alqışlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ Azərbaycan və Ermənistan arasında saxlanılan hərbçilərin dəyişdirilməsini alqışlayır.
APA xəbər verir ki, bu ABŞ Dövlət Departamentinin mətbuat katibi Metyu Miller barədə brifinq zamanı deyib.
"Biz bu addımı təşviq edirik. Hər iki hökumətlə danışıqlar aparmışıq. Saxlanılan ermənilərin və azərbaycanlıların qaytarılmasını, həmçinin tərəflər arasında əlavə etimad tədbirlərinin müzakirə olunduğu barədə xəbərləri alqışlayırıq. Biz prosesi irəli aparmaq üçün Ermənistan və Azərbaycanla işləməyə davam edəcəyik. Hər iki tərəfin də buna səy göstərdiyinə inansaq sülh mümkündür", - deyə o bildirib.