Xəbər lenti

Dollar devalvasiyadan sonra ən aşağı qiymətə düşəcək - Bu gün
Ekonomiks11:30 24.05.2016

Dollar devalvasiyadan sonra ən aşağı qiymətə düşəcək - Bu gün

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının mayın 25-nə rəsmi məzənnəsini 1,4893 AZN/USD səviyyəsində təsdiq edəcəyi gözlənilir.

"Report"un məlumatına görə, bu, mayın 24-na nisbətən məzənnənin 0,24% azalması deməkdir.

Xatırladaq ki, bu gün keçirilən valyuta hərracında satışa çıxarılan 50 mln. dolların hamısı 14 kommersiya bankına satılıb.

Qeyd edək ki, dolların bugünkü rəsmi məzənnəsi 1,4929 AZN/USD təşkil edib.

Qaynarinfo.az