
Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar əhaliyə dollar satışını məhdudlaşdırıb. Dolların rəsmi məzənnəsinin bahalaşması valyuta bazarında yenidən ajiotaj yaradıb. Bu ajiotajın səbəblərindən biri manatın ucuzlaşması olsa da, digər səbəbi banklar özü əhaliyə dolar satmamaqla yaradır. Məsələni yerində araşdırmaq üçün əməkdaşımız bir sıra banklarda olub. Demək olar ki bütün banklar dollar satışını dayandırıb. Səbəbi isə eyni göstərirlər. "Satmaq üçün dollar yoxdur"

İlk olaraq müraciət etdiyimiz "Azər-Türk Bank" oldu. Kassadan satış üçün dolların olmadığı bildirildi. Ancaq bank dollar alır və bu alışıda heç bir limit yoxdur. Tək şəxsiyyət vəsiqəsi ilə banka istədiyin qədər dollar verə bilərsən. Bir neçə dəqiqəlik müşahidələrimiz zamanı, banka dollar üçün müraciət edənlərin sayının kifayət qədər çox olduğu məlum oldu. Lakin hamı eyni cavabı alaraq geri qayıdırdı.

Dollar alışı üçün "AGBank"a da mürəciət etdik. Bankdan bildirildi ki 300 dollar sata bilirlər. Bankın dollar alışında isə limit yoxdur. Bu bankda dolları1.67-yə alır və 1.74 -ə satır.

Kapital Bank da dollar satışını dayandırıb. Dollar almaq üçün müraciət edən müştərilərin hamısı boş qayıdır. Bankın müştəri xidməti bildirdi ki, satış yoxdur, amma dollar alırıq.

Dollar satışın olub-olmaması üçün "NBS Bank"a da müraciət etdik. Bankdan dollar alışında limit olmadığı bildirdi. Amma satış yoxdur. Səbəb kimi isə dolların olmadığını vurğuladı."Burda gözləyin əgər kimsə gətirib bizə dollar versə biz də həmin dolları alıb sizə satarıq".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.Az