Bu gün Azərbaycanda son iki ayın rekordunu yeniləyən dollar üçün kritik gündür. Mərkəzi Bankın 15 fevral üçün dollar məzənnəsi 1,7296 səviyyəsində müəyyən olunub. Bir gün qabaq ABŞ valyutası 1,7301 manat idi.
Bu gün bütün balans dəyişə bilər. Qaynarinfo.Az istipress-ə istinadən xəbər verir ki, Federal Ehtiyat Sistemi iki günlük toplantı keçirib. Bu gün FES rəhbəri Janet Yellenin açıqlama verəcəyi gözlənilir. Onun açıqlamalarının dünya birjasına təsiri qaçılmaz olacaq.
Amerika Birləşmiş Ştatların Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini fevral ayındakı iclasından sonra dəyişməz saxlamışdı. Uçot dərəcəsi 0,5-0,75% səviyyəsində qalıb.
Son dəfə dərəcələr ötən ilin dekabrın 14-də 0,25-0,5% səviyyəsinədək artırıb. FES-in uçot dərəcəsini artırması nəticəsində ABŞ dolları Azərbaycan milli valyutası manat qarşısında xeyli bahalaşır.
Qaynarinfo.Az