Xəbər lenti

Dolların qiyməti “qara bazar”da qalxdı
Ekonomiks06:05 12.12.2016

Dolların qiyməti “qara bazar”da qalxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dünən axşam saatlarında Bakıda bəzi ərazilərdəki “qara bazar”da dolların qiyməti qaldırılıb.
Bu haqda məlumatı “Marja” yayıb. Sayta verilən məlumatda deyilib ki, “qara bazar”da dolların alış qiyməti 1.83 manata, satış qiyməti isə 1.8450 manata qalxıb.
Bundan əvvəl “qara bazar”da dolları 1.82 manata satmaq, 1.83 - 1.8350 manata almaq olurdu.
Dolların bahalaşması “qara bazara” qarşı aparılan mübarizə ilə bağlı ola bilər. Hökumət “qara bazara” dollar ötürən bankirləri aşkar etmək üçün hərəkətə keçib. Bu da bankların işləmədiyi gündə qanunsuz bazara verilən dolları azaldıb. Dolların az məbləğlərdə də olsa banklarda satılmasına nail olmağa çalışılır.
Qaynarinfo.Az