Xəbər lenti

Donfridlə Bayramovun telefon danışığında nələr müzakirə edilib? - Siyasi şərhçi
Siyasət13:10 12.01.2022

Donfridlə Bayramovun telefon danışığında nələr müzakirə edilib? - Siyasi şərhçi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"ABŞ nümayəndəsinin bu zəngi, ümumiyyətlə, cərəyan edən son proseslərlə bağlıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov arasında gerçəkləşən telefon danışığını şərh edərkən deyib:
"ABŞ-Rusiya danışıqları gedir və bu danışıqlar üç mərhələlidir. Biri sırf ABŞ-Rusiya danışıqlarıdır ki, bu, artıq Cenevrədə baş tutdu. Bu gün isə NATO-Rusiya şurası keçiriləcək. İki gündən sonra isə ATƏT-ə üzv ölkələrin xüsusi nümayəndələrinin görüşüdür. Burada da ümumi təhlükəsizlik məsələləri müzakirə olunacaq. Azərbaycan ATƏT-in üzvü olduğundan Karen Donfridlə Ceyhun Bayramov arasında telefon danışığında, düşünürəm ki, bu məsələ də müzakirə predmeti olub. Eyni zamanda, keçən ilin sonu, bu ilin əvvəlindəki son proseslər də yəqin ki, müzakirə edilib. Onu da qeyd edim ki, bu zəng Ermənistanla sərhəddə baş verən son eskalasiyaya təsadüf eüdib. Hansı ki, həm Azərbaycan, həm də Ermənistan hərbçiləri həlak olub. Yəni bu telefon zəngiylə ATƏT, atəşkəs məsələsi, təhlükəsizlik zəmanəti haqqında məsələlərdən danışılıb”. 
Həmsöhbətimiz bildirib ki, ümumiyyətlə, Vaşinqtonun ATƏT üzvü olan postsovet ölkələrinin hər birilə bu sayaq danışıqları son zamanlar intensivləşib: 
"Bununla Dövlət Departamenti dediyim məsələlərlə bağlı həmin postsovet ölkələri, o cümlədən Azərbaycanın mövqeyini aydınlaşdırmaq və öz mövqeyini çatdırmağı qarşıya məqsəd qoyub”.
Rüfət Sultan